MSC Cruises Cruises.az PAC group Kruiz Dunyası
Cruises.az beynəlxalq kruiz tərəfdaşları ilə birgə tədbirdə iştirak etdi.
23 sentyabrda Bakıda, The Ritz-Carlton hotelində MSC Cruises və Explora Journeys-in təqdimatı keçirildi. Tədbir PAC GROUP tərəfindən təşkil olunmuş, kruiz dünyasının ən son yenilikləri və 2025–2026 mövsüm planları təqdim edilmişdir.
Tədbirdə kruiz sənayesinin aparıcı simaları çıxış etdi:
Ancelo Kapuro — MSC Cruises şirkətinin icraçı direktoru
İlya İtkin — PAC GROUP şirkətinin baş direktoru
Mixail Feldman — PAC GROUP şirkətinin kruiz departamentinin rəhbəri
Larisa Veşnyakova — Explora Journeys şirkətinin brend meneceri
Cruises.az olaraq biz dəvəti qürurla qəbul edib tədbirdə iştirak etdik. Azərbaycanda yeganə CLIA akkreditasiyalı kruiz agentliyi kimi, dünyanın aparıcı kruiz şirkətləri ilə rəsmi tərəfdaşlığımızı bir daha təsdiqlədik.
🔹 Rəqiblərdən fərqimiz – biz sadəcə kruiz satmırıq. Müştərilərimizin kruiz səyahətinə çıxmazdan öncə ən düzgün gözləntiləri formalaşdırırıq. Pafosdan uzaq, real təcrübələri paylaşırıq və onların qarşılaşacağı hər detalı əvvəlcədən izah edirik.
🔹 Tam xidmət yanaşmamız – kruiz öncəsi hazırlıq, marşrut seçimi, kayut konsultasiyası, viza dəstəyi, ekskursiyaların təşkilindən tutmuş, kruizdən sonrakı xidmətlərə qədər hər addımda yanınızdayıq.
Bu əməkdaşlıqlar bizə imkan verir ki, Azərbaycan bazarında müştərilərimizə sadəcə tur deyil – mükəmməl və real kruiz təcrübəsi təqdim edək.
---
📞 +99450 265 43 53
📞 +99455 265 43 53
📞 +99470 265 43 53
Instagram / Facebook / TikTok: @cruises.az
