(+99450)265-43-53
(+99412)408-43-73
ceo@cruises.az

CRUİSES.AZ - DAN SƏRFƏLİ KRUİZLƏR

Kruiz səyahətində marşrutun ilk limanından üzməyə başlayan gəmilər sizi müxtəlif şəhərlərə aparır. Gəmi daha çox gecələr yol gedir və siz gözünüzü hər səhər başqa ölkə və ya şəhərdə açırsınız. Kruiz səyahətinin tam ləzzəti təkcə gəmidəki əyləncə və istirahətlə deyil, həm də liman şəhərləri doyunca gəzməklə duyulur. 

Səfər müddətində Sizə şəhərlərdə tarixi yerlər, məşhur meydanlar, alış-veriş mərkəzlərini rahat gəzmək və şəhərin özünəməxsus təamlarını dadmaq üçün hər büdcəyə uyğun ekskursiyalar təqdim edilir. Gəmiyə qayıtdıqda isə Siz yenidən 5 ulduzlu oteldən daha üstün xidmətlə qarşılaşırsınız: 

Sizi viktorinalar, musiqili tamaşalar, şou proqramlar, diskoteka və kazino gözləyəcək. Beynəlxalq Kruiz Asosasiyasının ( CLIA ) məlumatına əsasən, 2017-ci ildə 30 milyon insan kruiz səfərlərinə çıxıb. Kruiz səyahəti Sizə istirahətlə yanaşı, şarm və prestij qazandırır.


PEŞƏKARLIQ

Peşəkar kruiz mütəxəssisləri tərəfindən pulsuz konsultasiyalar və 6000-dən çox kruiz təklifi

ƏLA XİDMƏT

Bütün növ turizm xidmətləri: kurizlərə uyğun ən optimal və ən ucuz təyyarə biletləri, hava limanı transferi, kruiz əvvəli və sonrası münasib otel təklifləri, viza dəstəyi, səyahət sığortası təmini

GÜZƏŞTLƏR

Ödəniş olunmadan kruiz bronlaşdırılması

SƏRFƏLİ SƏYAHƏT

Gənclər, uşaqlı ailələr, ilk dəfə kruizə çıxanlar üçün vacib və dəyərli məsləhətlər

|||
menu
Cruises.Az
Salam sizə necə kömək edə bilərəm?