Kruiz gəmi səfərləri Bakıdan başlamır. Dünyada mövcud olan 1200 beynəlxalq kruiz portlarından başlayan gəmi səfərlərinə çıxmanız üçün o portların olduğu şəhərlərə təyyarə ilə getmək lazımdır və ordan səyahətə başlamaq lazımdır.
Ortalama 7 gecə 8 gün olan kruiz səyahətləri bəzən daha qısa , bəzən də daha uzun müddətə olur. Dünya turu olaraq bilinən kruiz səfərləri 80-200 gün arası olur. Qısa müddətə olan kruiz turları daha çox coğrafi olaraq biri-birinə daha yaxın portlarla həyata keçər. Transatlantik olaraq bilinən kruiz turları Amerika və Avropa arasında okean keçərək olur ve təxminən 10-15 gün çəkir.
Ortalama 7 gecə 8 günlük kruiz turunda 4-5 port şəhərindən keçir. Gəmilər əsasən gecələr təyinatı üzrə olan portlar arasında hərəkət edər,səhər porta çatar,o gün axşama qədər portda gəmi Sizi gözləyir. Siz istəyinizə görə gəmidən düşüb şəhəri gəzə də bilərsiniz, gəmidə qalıb dincələ də bilərsiniz. Port şəhərləri üçün həm gəmidən ekskursiya satın alabilərsiniz, həm də fərdi şəkildə port şəhərlərini özünüz gəzə bilərsiniz.
19-cu əsrin sonlarından başlayan bu səyahət növü sadəcə yük və yaxın məsafə üçün sadəcə sərnişin daşıyan gəmilərdən çox fərqlidir. Üzən möhtəşəm bir otel olaraq düşünəbiləcəyiniz kruiz gəmilərinin içində kafeler,restoranlar,uşaq və böyüklər üçün əyləncə məkanları,1000lərlə otaq ( kayuta ) ,hovuz və su sürüşkənləri,sinema,teatr zalları,konferans məkanları vəs. yer almaqdadır. Bir çox sərnişin 1 həftəyə gəmini gəzib qurtarabilmədiklərini bildirir.
Seçim etdiyiniz kruiz səfəri müddətində gəmidə yaşamaq (kayutada qalmaq), gündə ən az 3 dəfə açıq bufet ( isveç masası ) yemək, yemək zamanı çay,su,kofe,meyvə suları,liman vergiləri, gəminin ümumə açıq inventarından ( hovuz,idman zalı,teatr və şou proqram , sauna vəs.) istifadə etmək daxildir.
Kruiz gəmiləri Sizin unudulmaz səyahət yaşamanız üçün bütün şəraiti yaratmışdır. Əlavə ödənişlə ( kiçik ödənişlərlə ) olan özəl şou proqramlar, jetonlu oyunlar, SPA, Duty Free mağazalar, Mişelin ulduzlu aşpazların fəaliyyət göstərdiyi restoranlar və bir çox fərqli məkanlar xidmətinizdədir.
Otellərdən fərqli olaraq 18 yaşına qədər uşaqlar (2 böyüklə bərabər qalacaq olan 2 uşaq vəya 1 uşaq) qalmaq və yemək içmək pulu ödəmir. Uşaqlar üçün sadəcə liman vergisi ( 1 həftəlik 1 uşaq üçün təxminen 150 euro ) ödənir. Bu şərtlər uşaqlı ailələr üçün böyük fürsətdir.
Müasir kruiz gəmisi əsasən 4 növ kayutalara sahibdir.
Daxili : pəncərə və/vəya balkon olmur,əsasən daha aşağı mərtəbələrdə yer alır.
Pəncərəli : pəncərə var amma balkon olmur. Pəncərələr açılan pəncərə deyildir,iluminatordur. Əsasən daxili kayutaları təqib edən yuxarı mərtəbələrdə yer alır. Balkonlu : balkonlu kayutalardır,balkon qapıları açılır və balkondan istifadə ediləbilir.
Suit : Əsasən gəmidə özəl yer və mərtəbələrdə yer alır, tərtibat və inventar olaraq balkonlu kayutalar kimi olur amma həm ölçü olaraq daha böyük olurlar ,həm də bir çox xidmətlərdə üstünlüklərə sahib olurlar. Daxili-pəncərəli-balkonlu-suit sırası ilə düz mütənasib olaraq qiymət yüksəlir.
Hətta 2 il sonrası üçün kruiz marşrutları təyin olunur və satışa açılır. Nə qədər əvvəldən sifariş versəniz , həm qənaət etmiş olar, həm də istədiyiniz növ kayutalarda rahatlıqla yer tapmaq mümkün olar.
Mob: (+994 50) 2654353 ; (+994 55) 2654353; (+994 70) 2654353 (Bütün nömrələrdə whatsapp aktivdir)