(+99450)265-43-53
(+99412)408-43-73
ceo@cruises.az

Yunan Adaları Kruizi: Celestyal Cruises | 749€-dan Yay Fürsəti – Cruises.az

Bəzən bir səyahət sadəcə istirahət olmur.
Bəzən insanın özünü yenidən tapdığı, zamanın axınını unutduğu bir təcrübəyə çevrilir.
Yunan adaları kruizi məhz bu hissi yaşadan nadir səyahətlərdəndir.
Egey dənizi, ağ evlər, mavi günbəzlər, günbatımı, tarix və dəniz — hamısı bir kruizdə birləşir.
Bu təcrübəni ən saf və orijinal formada təqdim edən kruiz şirkətlərindən biri Celestyal Cruises-dir.
Celestyal Cruises Yunan adaları üzrə ixtisaslaşmış, kütləvi turizmdən uzaq, dərin mədəni təcrübə yaradan kruiz brendidir.
Bu beynəlxalq kruiz şirkətinin Azərbaycanda rəsmi tərəfdaşı isə Cruises.az-dır.
Cruises.az olaraq biz kruizi sadəcə qiymət üzərindən satmırıq.
Biz kruizi düzgün marşrut, düzgün tarix və düzgün müştəri prinsipi ilə təqdim edirik.
10 ildən artıq kruiz təcrübəmiz, real gəmi boarding-lərimiz və beynəlxalq tərəfdaşlıqlarımız bunu mümkün edir.
30 yanvar tarixindən etibarən yalnız 1 həftə ərzində Celestyal Cruises üzrə Flash Pay Day Saving Deal başlayır.
Bu aksiya yay ayları üçün Yunan adaları kruizi axtaranlar üçün nadir fürsətdir.
7 gecə 8 gün davam edən marşrut Kuşadası – Rhodes – Agios Nikolaos (Krit) – Santorini – Mykonos – Milos – Athens (Piraeus) – Kuşadası xətti üzrə həyata keçirilir.
Eyni marşrutun Afina (Piraeus) startlı alternativi də mövcuddur.
Bu isə xüsusilə Afina üzərindən səyahət etməyi planlayanlar üçün böyük rahatlıq yaradır.
Ən önəmli məqamlardan biri isə budur:
Yay aylarında Bakı – Afina – Bakı istiqamətində birbaşa uçuşlar mövcuddur.
Bu da Azərbaycanlı kruiz sevənlər üçün logistikanı daha rahat və stresssiz edir.
Kruiz Celestyal Journey 4* gəmisi ilə həyata keçirilir. 
Qiymətlər 1 nəfər üçün 749 avrodan başlayır. Celestyal Journey gəmisindən canlı çəkilişimiz : https://youtube.com/playlist?list=PLmk3vE8EVq07LGMYYLCtsCjkHrdvc-Bd2&si=1uCS3Ai5KBgoG433 
Bu qiymətə səhər, nahar və axşam yeməkləri daxildir.
Gün boyu qəlyanaltılar, pizza və Yunan delisi təqdim olunur.
Filtr qəhvə, çay, su və şirələr limitsizdir.
Əsas restoranlarda yeməklər zamanı qazlı içkilər pulsuzdur.
Bütün sərnişinlər üçün pulsuz Wi-Fi, əyləncə proqramları və axşam şouları daxildir.
Celestyal One fare sistemi sayəsində kruiz real dəyər üzərində qurulur.
Gizli xərclər olmadan yay üçün ideal Aralıq dənizi səyahəti əldə edilir.
Cruises.az olaraq biz bu kruizi sadəcə təqdim etmirik.
Biz viza risklərini, liman qaydalarını, marşrut detallarını və mümkün ssenariləri əvvəlcədən analiz edirik.
Müştərini proses boyu tək buraxmırıq.
Yunan adaları kruizi, Afina startlı kruiz, Kuşadası marşrutlu kruiz, yay üçün kruiz tətili, Aralıq dənizi kruizi axtaranlar üçün bu aksiya ideal seçimdir.
Flash aksiya müddəti məhduddur və yerlər sürətlə dolur.
Cruises.az — turist dostu yanaşma.
Celestyal Cruises — Yunanıstanın ruhu ilə kruiz.
Bu yay Egey dənizini düzgün tərəfdaşla kəşf edin.

|||
menu
Cruises.Az
Salam sizə necə kömək edə bilərəm?